Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əşrəf Şıxəliyev: AIDA fəaliyyətini daha da genişləndirir

Əşrəf Şıxəliyev: AIDA fəaliyyətini daha da genişləndirir

Bakı, 15 oktyabr, AZƏRTAC

Bu günlərdə yaranmasının beş illiyini qeyd edən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan birini də AIDA təşkil etmişdi. Mövzunun məhz insan kapitalının qorunması ilə bağlı olmasının səbəbi nə idi?

-2011-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu humanitar sahənin bir çox problemlərinin müzakirə edildiyi nüfuzlu platformaya çevrilib. Forumda iştirak edən yüksək səviyyəli siyasi, elmi və ictimai xadimlərin, Nobel mükafatı laureatlarının günümüzün aktual məsələləri haqqında fikir bildirmələri, təkliflər irəli sürmələri, o cümlədən bir çox məsələlər üzrə Azərbaycanın təcrübəsi ilə tanış olaraq onu öz fəaliyyətlərində tətbiq etmələri bu tədbirin əhəmiyyətini daha da artırır. Bu il keçirilən Forum zamanı “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” adlı “dəyirmi masa” Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi tərəfindən birgə təşkil edilmişdi.

Forumun açılışında Prezident İlham Əliyevin bildirdiyi kimi, müasir günümüzdə dünyanın ayrı-ayrı bölgələrində davam edən münaqişələr, böhranlar insanların kütləvi şəkildə yerdəyişməsinə səbəb olub və bu, böyük narahatlıq doğurur. Həmin insanların təcili həllini gözləyən bir çox problemləri var. Bu ilin may ayında İstanbulda keçirilmiş və Azərbaycanın da ən yüksək səviyyədə təmsil olunduğu Dünya Humanitar Sammitində bu məsələ diqqət mərkəzində olub.

Məcburi şəkildə yerini dəyişmiş insanlar arasında, - buraya məcburi köçkünlər və qaçqınlar daxildir, - ən vacib məsələlərdən biri onların keyfiyyətli təhsilə çıxışlarının təmin edilməsi və onlar arasında insan kapitalının qorunub saxlanılmasıdır. Məlumdur ki, bir milyondan çox məcburi köçkünü və qaçqını olan Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Məhz bu səbəbdən də “dəyirmi masa”lardan birinin bu mövzuya həsr olunması vacib hesab edilib. Tədbir zamanı iştirakçılara bu sahədə Azərbaycanın təcrübəsi barədə ətraflı məlumat verilib və məsələyə dair film nümayiş etdirilib.

-İnsan kapitalının qorunmasının davamlı inkişafın təmin olunmasında əhəmiyyəti nədən ibarətdir?

-Məlum olduğu kimi, insan kapitalı iqtisadi inkişafın əsasını təşkil edir. Bu kapital həm məhsuldarlıq, həm də texnoloji üstünlük mənbəyidir. Faktiki olaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərq insan kapitalının inkişaf səviyyəsindən irəli gəlir. Baxmayaraq ki, təbii ehtiyatların mövcudluğu ölkənin iqtisadi inkişafında vacib rol oynayır, həmin ehtiyatlardan uyğun şəkildə istifadə edilməsi üçün peşəkar mütəxəssislər və bacarıqlı insan resursları hazırlanmalı, eləcə də artıq malik olduğumuz insan kapitalı qorunub saxlanmalıdır. Bu vacib element olmadan davamlı inkişafa nail olmaq çox çətindir.

İnsan kapitalının qorunması və inkişaf etdirilməsi BMT-nin müəyyən etdiyi, sosial-iqtisadi inkişafın müxtəlif sahələrini əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrin təcrübəsi insan kapitalı ilə cəmiyyətin və dövlətin inkişafı arasında güclü əlaqə olduğunu sübut edir. Əhalinin yaşayış səviyyəsinin göstəriciləri olan səhiyyə standartları, təhsil səviyyəsi və texnologiya xalqın mədəni və iqtisadi inkişafına təbii olaraq təsir edir. Eyni zamanda, məhz öz əhalisinin bilik və bacarıqlarını inkişaf etdirən ölkə təbii ehtiyatlardan istifadə edə, sosial-iqtisadi və milli inkişafını irəli apara bilər.

Bu xüsusda, vacib addım kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını qeyd etmək lazımdır. Şura cari ilin sentyabrında Nyu-York şəhərində keçirilmiş Dayanıqlı İnkişaf Sammiti zamanı 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ölkəmiz tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsi məqsədilə yaradılıb. Bununla yanaşı, yeni donor ölkəsi olan Azərbaycan inkişaf etməkdə olan tərəfdaş ölkələrə də həmin məqsədlərə nail olunmasında köməyini əsirgəməyəcək və AIDA bu məqsədə çatmaqda öz töhfəsini verəcək.

-Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün problemlərini həll etməklə bərabər, artıq digər dövlətlərin qaçqın və məcburi köçkünlərinə də yardım əlini uzadır. Bu barədə geniş məlumat verməyinizi xahiş edirik.

-Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunub və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Buna baxmayaraq, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər vasitəsilə həmin insanlar yaşayış yerləri, sosial infrastruktur, təhsil və iş imkanları ilə təmin olunublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriyaya dəstək üçün 2016-cı ilin fevral ayında Londonda keçirilmiş konfransda qeyd etdiyi kimi, siyasi münaqişələr ilk növbədə sülh yolu ilə həll olunmalıdır. Bununla yanaşı, 20 ildən artıq müddətdir ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların problemləri ilə üz-üzə qalan Azərbaycan oxşar çətinlikləri yaşayan dövlətlərə yardım əlini uzatmağa və humanitar böhranların idarə edilməsi sahəsində ölkəmizin təcrübəsini onlarla bölüşməyə hazırdır.

Ölkə daxilində mövcud çətinlikləri aradan qaldırmaqla yanaşı, Azərbaycan artıq dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, silahlı qarşıdurmalar və təbii fəlakətlər nəticəsində kütləvi şəkildə yaşayış yerlərini dəyişməyə məcbur qalmış insanlara da yardım göstərir. Buna misal olaraq, AIDA tərəfindən Fələstinin Qəzza bölgəsinin əhalisinə, ölkəmizin İordaniyadakı səfirliyi ilə birgə İordaniyada məskunlaşmış suriyalı qaçqınlara, eləcə də Pakistanda daşqınlar nəticəsində ziyan dəymiş 25 min insana və Afrika ölkələrində Ebola epidemiyasından əziyyət çəkmiş əhaliyə ayrılan yardımı göstərmək olar.

-“Dəyirmi masa” zamanı, həmçinin AIDA-nın yaranmasının 5 illiyi də qeyd edilib. AIDA-nın bu 5 ildə fəaliyyətini necə qiymətləndirirsiniz? Bu qurumun fəaliyyətinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

-Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq donor ölkəyə çevrilib və bu, ölkəmizin tarixində yeni dövrdür. 2011-ci ildən Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən AIDA da bu nəcib missiyanın həyata keçirilməsinə və ölkəmizin beynəlxalq humanitar siyasətinə töhfə verməklə bu prosesdə bilavasitə iştirak edir. Artıq 5 ildir ki, AIDA dünyanın inkişaf etməkdə olan ölkələrinə yardım göstərir. Bu, son illər ərzində aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadiyyatının nə qədər möhkəmləndiyinin bariz nümunəsidir.

Agentliyin fəaliyyət göstərdiyi 5 il ərzində Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsi AIDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalanıb. Bu yardımlara İslam İnkişaf Bankı ilə birlikdə Afrikanın 9 ölkəsində kataraktdan əziyyət çəkən insanlar üçün aparılan göz əməliyyatları, münaqişələr, eləcə də daşqın, quraqlıq və digər təbii fəlakətlərdən əziyyət çəkən ölkələrdə insanlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardımlar, Azərbaycanın qabaqcıl universitetlərində təhsil almaq istəyən xarici mütəxəssislər üçün müvafiq təlimlər, İordaniyada və Pakistanda fiziki qüsurlu tələbələrə yardım və s. misal göstərmək olar.

AIDA fəaliyyətdə olduğu müddətdə ölkəmiz yardım alan xarici dövlətlər və əməkdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərini genişləndirib və dünyada Azərbaycanın dostlarının sayı daha da artıb. Agentlik öz fəaliyyətini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Gələcək illərdə də AIDA-nın fəaliyyəti ölkəmizin xarici siyasətinin tərkib hissəsi kimi qarşıya qoyulan məqsədlərə nail olunmasına töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi