Esteban Okon: Biz Bakını yaxşı əhval-ruhiyyə ilə tərk edirik
Bakı, 13 iyun, AZƏRTAC
“Alpine” komandasının pilotları Fernando Alonso və Esteban Okon hər ikisinin xal qazandıqları Azərbaycan Qran-Prisindən aldıqları təəssüratlarla bölüşüblər.
AZƏRTAC xəbər verir ki, istər ispan, istərsə də fransız pilot əldə olunan xalların çox böyük sayı ilə fəxr edə bilməzlər. Amma hər halda, onların hər biri start götürdükləri ilə müqayisədə daha yuxarı nəticə ilə finiş edib: Startda 12-ci mövqedə olan Esteban 10-cu yeri tutub, Fernando isə Bakıda yürüşü 10-cu başlayaraq 7-ci başa vurub.
“Bu yürüş çətin idi, belə ki, ikiqat xal qazanılan finiş - çox pozitiv nəticədir. Biz Bakını yaxşı əhval-ruhiyyə ilə tərk edirik və Kanadada növbəti mərhələni səbirsizliklə gözləyirik”, - deyə Okon bildirib.
Öz növbəsində Alonso deyib: “Yürüş çətin idi, lakin biz onun öhdəsindən yaxşı gəldik. Mən 7-ci yerdən razıyam. Biz indi çox sıx qrupdayıq və Kanadada mübarizənin davamını gözləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]