Estoniya Riqaya uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb
Tallinn, 30 avqust, AZƏRTAC
Estoniya hökuməti ölkə üçün mühüm əhəmiyyət kəsb edən hava limanlarında həyata keçirilən uçuşlara tətbiq etdiyi məhdudiyyətləri bir neçə ay müddətinə aradan qaldırmaq qərarına gəlib.
AZƏRTAC Estoniyanın yerli mətbuatına istinadla xəbər verir ki, Avropanın digər təyinat məntəqələri üzrə uçuşların həyata keçirilməsi ilə bağlı mövcud məhdudiyyətlər hələ də qüvvədə qalır. Yəni səfərin nəzərdə tutulduğu ölkədə koronavirusa yoluxma nisbəti hər 100 min nəfərə 25-dən çox olmamalıdır.
“Əhalinin hər 100 min nəfərinə düşən yoluxma halının 25-dən çox olduğu ölkələr üzrə həyata keçirilən uçuşlara tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır. Lakin 6 şəhər var ki, həmin şəhərlərdə koronavirusa yoluxma nisbəti hər 100 min nəfərə 25-dən çox olsa belə, həmin şəhərlər istiqamətində yollar açıq qalacaq. Bu şəhərlər Frankfurt, London, Varşava, Kopenhagen, Riqa və Helsinkidir” - deyə Estoniyanın İqtisadiyyat naziri Taavi Aas “ERR” telekanalına müsahibəsində bildirib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]