ETSN meşə yanğınları ilə mübarizə üsullarını təkmilləşdirir
Bakı, 6 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşları meşələrdə baş verə biləcək ekoloji hadisələrin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, meşə yanğınları ilə mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədi ilə təlim məşqlərinə başlamışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilk təlim 30 nəfərə yaxın şəxsi heyətin iştirakı ilə Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları ilə birgə Şamaxı meşəbəyliyinin otlaq sahəsi ilə həmsərhəd olan Qozluq adlanan ərazisində keçirilmişdir.
Məşqlər zamanı müxtəlif vasitələrlə yanğının söndürülməsi, xüsusi təyinatlı yanğınsöndürən avtomaşın vasitəsilə suyun daha uzaq məsafələrə vurulması və alovun geniş əraziyə yayılmasının qarşısının alınması, qüvvələrin yanğın baş vermiş əraziyə dərhal cəlb olunması şəxsi heyətə nümayiş etdirilmişdir.
Təlimdə müxtəlif texniki vasitələrdən istifadə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]