“Evdə qal evdə yarat” təşəbbüsü uğurla davam edir
Bakı, 7 aprel, AZƏRTAC
“Kreativ Azərbaycan” portalının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə martın 21-dən başlatdığı “Evdə qal evdə yarat” təşəbbüsü uğurla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günə qədər, portalın “Facebook” səhifəsində ölkəmizin regionları da daxil olmaqla 1200-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulublar. Sevindirici haldır ki, bir çox məşhurlar, sənət adamları, Milli Məclisin deputatları, həmçinin “Söz” ədəbi layihəsi də bu layihədə iştirak edib. Əlavə olaraq, portalın “Instagram” səhifəsində də 1000-dən artıq istifadəçi tərəfindən müxtəlif paylaşımlarla təşəbbüs geniş marağa səbəb olub.
Layihə aprelin 30-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]