Əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Bakı sakini saxlanılıb
Bakı, 19 fevral, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Ələkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun Əmircan qəsəbəsində yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 650 qram marixuana da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 12.10.2026 [11:06]