Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb
Bakı, 3 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 12, Zaqatala 6, Qusarda 5, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34°, Naxçıvan Muxtar Respublikasında 33-35°, Aran rayonlarında 32-35°, dağlıq rayonlarda isə 19-22° isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]