“Falcon 9” daşıyıcı raketi “Crew Dragon” kosmik gəmisini fəzaya çıxarıb
Bakı, 23 aprel, AZƏRTAC
“Falcon 9” daşıyıcı raketi Beynəlxalq Kosmik Stansiyaya ikinci işçi reysini həyata keçirən “Crew Dragon” gəmisini astronavtlarla birgə kosmik fəzaya çıxarıb.
AZƏRTAC xəbər verir ki, Falcon 9” daşıyıcı raketi aprelin 23-də yerli vaxtla saat 5:49-da (Bakı vaxtı ilə 13:49) start götürüb. NASA uçuşu canlı yayımlayıb. Bu, 2011-ci ildə “Space Shuttle” proqramı tamamlandıqdan sonra ABŞ-ın ikinci idarəolunan uçuşudur.
“Crew Dragon” gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya NASA-nın astronavtları Robert Şeyn Kimbro və Meqan Makartur, həmçinin fransalı və yaponiyalı astronavtlar Toma Peske və Akihiko Hoside göndərilib.
Qeyd edək ki, bu, İlon Maskın “SpaceX” kompaniyası tərəfindən hazırlanan “Crew Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya ikinci müntəzəm uçuşudur. Kosmik gəminin iki astronavtla birgə ilk sınaq uçuşu 2019-cu ilin may ayında həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]