Fənlər üzrə hazırlıq kurslarının növbəti mərhələsi təşkil olunub
Bakı, 10 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix fənləri üzrə hazırlıq kurslarının növbəti mərhələsi təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müvafiq fənlər üzrə hazırlıq kurslarının Bakı şəhəri üzrə iştirakçıları buraxılış və qəbul imtahanlarında istifadə edilən, cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər.
Yaxın günlərdə Gəncə, Şəki, Lənkəran, Şəmkir, Göyçay, Bərdə, Şirvan üzrə qeydiyyatdan keçmiş iştirakçılar da DİM-in həmin bölgələrdə yerləşən regional bölmələrində kalibrləmə prosesindən keçəcəklər.
Kursun sonunda müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara DİM-in sertifikatı veriləcək. Sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]