Fərid Şəfiyev: Fransa ilə münasibətlərin gərginləşməsinin təşəbbüskarı Azərbaycan deyil
Bakı, 31 yanvar, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.
AZƏRTAC-ın məlumatına görə, F.Şəfiyev çıxışında Fransa ilə hazırda faktiki olaraq böhran yaşandığını bildirib. Onun sözlərinə görə, bu böhrana səbəb Fransanın özü olsa da, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq davam edir.
O, münasibətlərin gərginləşməsində Fransadakı erməni amilinin böyük rol oynadığını vurğulayıb və bunun təşəbbüskarının Azərbaycan olmadığını diqqətə çatdırıb.
Bununla yanaşı, F.Şəfiyev qeyd edib ki, Azərbaycanda Fransanın mədəniyyəti və dilinə qarşı normal münasibət mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]