Fərid Şəfiyev: Hazırkı geosiyasi məqamda Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşdirilməsi vacibdir
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfəri, imzalanan sənədlər, yol xəritələri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə, münasibətlərimizin yeni mərhələyə adlamasına xidmət etdiyini deməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Özbəkistan və Azərbaycan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda avqustun 27-də keçirilən tədbirdə səsləndirib.
Səfərin geosiyasi əhəmiyyətini qeyd edən F.Şəfiyev əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və özbək xalqları arasında münasibətlər ənənəvi dostluq və qardaşlıq əlaqələrinə söykənir və xalqlarımız ortaq tarixi, dini və mədəniyyəti bölüşürlər.
Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni yanaşma mütləq lazımdır.
Azərbaycan və Özbəkistan arasında enerji əlaqələri üzrə əməkdaşlıqla bağlı fikirlərini bölüşən BMTM-in rəhbəri alternativ enerji üzrə böyük imkanların olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]