Fermerlər Avropa Parlamentinin qarşısında mitinq keçiriblər
Bakı, 1 fevral, AZƏRTAC
Belçika və İtaliya başda olmaqla müxtəlif Avropa ölkələrindən olan minlərlə fermer Brüsseldə Avropa Parlamentinin qarşısına toplaşıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fermerlər Avropa İttifaqının Liderlər Sammitinin keçirildiyi ərazinin ətrafında traktorları ilə nəqliyyatın hərəkətinə əngəl törədiblər.
Onlar parlament binasının qarşısında təkər, peyin və odun qoyaraq etirazlarını ifadə ediblər. Fermerlərin qarşısını almaq üçün Belçika polisi parlament şəhərciyinin ictimaiyyətə açıq olan girişlərini tikanlı məftillərlə bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]