Ferqyuson qorxur ki, “Çelsi” ilə qarşılaşmada hakim rəqiblərin xeyrinə “səhv edəcəkdir”
Bakı, 7 may (AZƏRTAC). “Mançester Yunanted” klubunun baş məşqçisi ser Aleks Ferqyuson “Çelsi” komandası ilə bazar günü keçiriləcək ölkə çempionu titulunun taleyinin həll ediləcəyi görüş ərəfəsində etiraf etmişdir ki, onu hər şeydən çox həmin qarşılaşmada baş hakim Hovard Uebbin mümkün səhvləri qorxudur.
Aleks Ferqyuson demişdir: “Bu görüşə ən yaxşı hakim təyin edilmişdir, buna heç bir şübhə yoxdur. Lakin bizim əsas qorxumuz onun səhv qərarlar qəbul edə biləcəyidir. Bizim futbolçular hər şeyi düzgün etməyə çalışacaqlar. Artıq bizim növbəmizin gəlib çatdığına ümid edirik və bizim bəxtimiz gətirəcəkdir”.
Qeyd edək ki, “Mançester Yunayted”in baş məşqçisi bu mövsüm bəzən onun klubunun xeyrinə mübahisəli qərarlar qəbul etsələr də hakimləri müntəzəm surətdə tənqid edir.
“Mançester Yunayted” komandası İngiltərə çempionatında finişə 3 tur qalmış “Çelsi” futbol klubunu 3 xal üstələyir, lakin “Çelsi” komandası “Old Trafford”da qalib gələrsə, onda ölkə çempionu tituluna yolu açıq olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]