Fevralda Gömrük Komitəsinin Çağrı mərkəzinə 4576 zəng edilib
Bakı, 9 mart, AZƏRTAC
Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 4576 zəng daxil olub.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 970-i elektron xidmətlər, 506-sı gömrük ödənişləri, 670-i fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edən şəxslərdən 418 nəfəri sərbəst dövriyyə üçün buraxılış gömrük prosedur və digər mövzularla bağlı müraciət ünvanlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:20]
Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH
- 18.06.2026 [17:03]