Bahar Muradova: Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi üçün kompleks yanaşma vacibdir
Bakı, 18 İyun, AZƏRTAC
Uşaqların zərərli informasiyadan qorunması, onların təhlükəsiz rəqəmsal mühitdə inkişafının təmin edilməsi və bu istiqamətdə məsuliyyət mexanizmlərinin gücləndirilməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin təşkilatçılığı ilə keçirilən “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqların informasiya təhlükəsizliyinin təmin olunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin, ailələrin, təhsil müəssisələrinin, media subyektlərinin və rəqəmsal platformaların birgə məsuliyyətidir.
"Uşaqların zərərli informasiya təsirlərindən qorunması istiqamətində hüquqi mexanizmlərin təkmilləşdirilməsi, mövcud qanunvericiliyin effektiv tətbiqi, bu sahədə vacib tədbirlərinin gücləndirilməsi və profilaktik yanaşmaların genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinə təhdid yaradan halların qarşısının alınması üçün maarifləndirmə işləri daha da intensivləşdirilməli, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığı artırılmalı, aidiyyəti qurumlar arasında koordinasiya gücləndirilməlidir.