2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT
Bakı, 18 iyun, AZƏRTAC
Qlobal enerji istehlakının 2050-ci ildə gündəlik təxminən 383 milyon barel neft ekvivalentinə çatacağı proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə təxminən 23 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir.
Hesabata görə, əhalinin artımı və davamlı iqtisadi artımın gələcək enerji tələbatının əsas hərəkətverici qüvvəsi olaraq qalacağı gözlənilir. Dünya əhalisinin 2050-ci ilə qədər 9,7 milyarda yaxınlaşacağı və qlobal iqtisadiyyatın ikiqatdan çox artaraq alıcılıq qabiliyyəti paritetində 359 trilyon dollara çatacağı nəzərdə tutulur. Neftin 2050-ci ilə qədər qlobal enerji perspektivində ən böyük səhmdar mövqeyini qoruyub saxlayacağı və ümumi tələbatın təxminən 30 faizini təşkil edəcəyi, neft və təbii qazın ümumi payının isə təxminən 54 fzizə çatacağı gözlənilir.
Qlobal elektrik enerjisi istehsalının da 2025-ci ildəki təxminən 32 min teravatt-saatdan 2050-ci ildə 59 min 500 teravatt-saata qədər – 85 faizdən çox artacağı gözlənilir. Bu artımın təxminən dörddəüçünün inkişaf etməkdə olan iqtisadiyyatlardan, xüsusən də Asiyadan qaynaqlanacağı bildirilir.