Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb
Bakı, 18 iyun, AZƏRTAC
Mayın 18-24-də Türkiyənin Antalya şəhərində açıq havada Avropa çempionatında Azərbaycanın kamandan oxatanı Məhəmmədəli Əliyev 88 kişi iştirakçı arasından 659 xal toplayaraq 29-cu yeri tutub.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, idmançı bu nəticə ilə 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb.
Bu nəticə Azərbaycanın kamandan oxatma idmanı tarixində Avropa Oyunlarına kişi idmançılar arasında qazanılan ilk kvotadır. İndiyə qədər ölkəmizin heç bir kişi kamandan oxatanı bu idman növündə belə uğura imza atmayıb. Məhəmmədəli Əliyevin bu nailiyyəti həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Olimpiya Oyunlarına gedən yolda mühüm addımlardan biri sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]