Nazirlik rəsmisi: Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq
Bakı, 18 iyun, AZƏRTAC
Ölkəmizin kənd təsərrüfatı sektorunda 33 süni intellekt layihəsinin tətbiqi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban məlumat verib.
Onun sözlərinə görə, bu layihələr bitkiçilik, torpaq və su resurslarının idarə olunması, məhsuldarlığın proqnozlaşdırılması, torpaq xəritəsi, bitki sağlamlığının monitorinqi, əkin yoxlamaları, fermer reytinqi, iqlim risklərinin qiymətləndirilməsi, bitki sort xəritəsi, otlaq və suvarma sistemlərinin idarə edilməsi, dərmanlama vaxtının optimallaşdırılması, bitki növlərinin müəyyən edilməsi kimi əsas istiqamətləri əhatə edir.
“Layihələrin mərhələli şəkildə ölkənin bütün regionlarında tətbiqi planlaşdırılır və onların Azərbaycanın bütün rayonlarını əhatə etməsi nəzərdə tutulur”, -deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:29]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:01]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]