Fevralın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin yenidən kəskinləşəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 0-3° şaxta olacaqdır.
Bakıda gecə və gündüz 1-3° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-6° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 12-17° şaxta, gündüz 5-8° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə və gündüz 0-3° şaxta, dağlarda gecə 5-10° şaxta, gündüz 3-5° şaxta olacağı gözlənilir.
Xəbərdarlıq
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən daha da kəskinləşəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı vardır. Yollar buz bağlayacaqdır. Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcəkdir.