Fevralın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
qar yağacağı, gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir.
Temperatur gecə 4-7° şaxta, gündüz 1-3° şaxta olacaqdır.
Bakıda gecə 5-7° şaxta, gündüz 1-3° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunundan 778 millimetr civə sütununa yüksələcək, nisbi rürubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə gecə 12-17° şaxta , gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yaрacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Tibbi-meteoroloji proqnoz
Şaxtalı hava şəraitinin davam etməsi meteohəssas insanlar üçün əlverişsizdir.