Fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi dahi oğlu var
Bakı, 10 may, AZƏRTAC
Bu gün Azərbaycan gənci olaraq biz hər birimiz ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlmişik. Bu bizim hər birimizin borcudur. Onun keçdiyi ömür yolu biz gənclərə örnəkdir. Fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi dahi oğlu var, onun nurlu ideyaları zaman-zaman yaşayacaq.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gələn Azərbaycan Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi Aysel Xəlilzadə AZƏRTAC-a müsahibəsində deyib.
“Bir gənc kimi mən Heydər Əliyev haqqında onu deyə bilərəm ki, bu gün Azərbaycan gəncliyi olaraq əldə etdiyimiz bütün uğurlara görə dahi şəxsiyyətin zəkasına, müdrik siyasətinə borcluyuq”, - deyə A.Xəlilzadə əlavə edib.