FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların nəticələri aradan qaldırılır
Bakı, 18 aprel, AZƏRTAC
İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir.