FHN: Ötən sutka 8 nəfərin həyatı xilas edilib

Bakı, 17 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətini davam etdirir.
FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər, o cümlədən qəza zamanı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib. Həmçinin 2 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [17:11]
Bakıxanov qəsəbəsində yaşayış binasında baş verən yanğın söndürülüb
- 24.06.2025 [17:11]
Xocalı rayonunda vergiödəyiciləri ilə görüş keçirilib
- 24.06.2025 [17:05]
DGK: Saxlanılan bağlamanızı gömrük orqanına gəlmədən də əldə edə bilərsiniz
- 24.06.2025 [16:34]
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 24.06.2025 [16:32]