FIDE-nin 2019-cu il üçün büdcəsi cari ildəkindən 2,4 dəfə çox olacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2019-cu il üçün büdcəsini açıqlayıb. FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, büdcə hissolunacaq dərəcədə artırılıb. Cari il üçün FIDE-nin büdcəsi cəmi 2,3 milyon avro olduğu halda, 2019-cu ildə bu rəqəm 2,4 dəfə çox - 5,5 milyon avro təşkil edəcək.
Bu barədə A.Dvorkoviç FIDE-nin saytına açıqlamasında məlumat verib. FIDE prezidenti bundan sonra təşkilatçılar və şahmatçılar tərəfindən quruma üzvlük haqlarının azaldılması istiqamətində də işlərin aparıldığını vurğulayıb. Bildirib ki, yeni ildən bu ödənişlərin nəzərəçarpacaq dərəcədə azaldılması gözlənilir. Bu yeniliklər xüsusilə yeniyetmələr və yaşlı şahmatçılar üçün tətbiq olunacaq. Şahmatın inkişafı məqsədilə gələn ildən daha çox vəsait xərclənəcək. Bu proses federasiyaların üzvlük haqlarının azaldılması fonunda həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]