FİFA on bir ölkənin futbol assosiasiyasını cərimələyib
Bakı, 4 oktyabr, AZƏRTAC
FİFA on bir ölkənin futbol assosiasiyasını cərimələyib.
AZƏRTAC xəbər verir ki, buna 2018-ci il dünya çempionatı seçmə mərhələ çərçivəsində keçirilən görüşlərində həmin ölkələrin azarkeşlərinin hərəkətləri səbəb olub.
Ali futbol qurumu buna görə Honduras (65 min İsveçrə frankı), Albaniya (50 min), Salvador (45 min), Peru (30 min), İtaliya (30 min), Meksika (30 min), Argentina (25 min), Paraqvay (25 min), Kanada (20 min), Çili (20 min) və Braziliyanın (20 min) futbol assosiasiyalarına sanksiya tətbiq edib. On bir assosiasiya, ümumilikdə 360 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək.
FİFA-nın mətbuat xidmətindən bildirilib ki, həmin ölkələrin azarkeşləri seçmə mərhələnin oyunları zamanı etik qaydalara sığmayan hərəkətlərə yol verib və futbolçular da təhqir edilib.
Çili Futbol Assosiasiyasına daha bir cəza kəsilib. Belə ki, bu ölkənin yığmasının gələn il, martın 28-də Venesuela ilə keçirəcəyi oyuna azarkeşlər buraxılmayacaq. Çili - Venesuela matçı boş tribunalar önündə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]