Filippin paytaxtında baş vermiş yanğın nəticəsində beş nəfər həlak olub
Tokio, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Filippinin paytaxtı Manilanın Tondo rayonunda baş vermiş yanğın nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC “The Manila Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə paytaxtın Yanğından Mühafizə Bürosu məlumat yayıb.
Bildirilir ki, gecə saat 1:49 dəqiqədə başlayan yanğın səhər saat 6:11-də söndürülüb. Yanğın nəticəsində həlak olanlar arasında 37 yaşlı kişi ilə yanaşı, 3, 8, 10 və 12 yaşlı uşaqlar var. Xəsarət almış beş nəfərdən biri də 9 yaşlı oğlandır.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]