Filippində fişəng fabrikinin partlaması nəticəsində iki nəfər ölüb, azı beş nəfər yaralanıb
Bakı, 1 fevral, AZƏRTAC
Filippinin paytaxtı Manila yaxınlığında fişəng fabrikinin partlaması nəticəsində iki nəfər ölüb, azı beş nəfər isə ağır yaralanıb.
AZƏRTAC The Peninsula saytına istinadla xəbər verir ki, partlayış Manilanın təxminən 40 kilometr cənubunda, Cabuyao şəhəri yaxınlığındakı fabrikdə baş verib.
"Biz hələ də itkiləri müəyyənləşdirməyə çalışırıq. Ən azı beş nəfər ağır yaralanıb, onlardan biri reanimasiyadadır", - deyə Cabuyao şəhər polis zabiti Dominador bildirib.
Cabuyao bələdiyyə başçısı Dennis Hain isə verdiyi müsahibədə polisdən fərqli olaraq, yanğında iki nəfərin öldüyünü və altı nəfərin yaralandığını qeyd edib. O, qurbanlar arasında fabrik işçilərindən birinin altı-yeddi yaşlı uşağının da olduğunu bildirib.
Şəhərin meri partlayış zamanı zavodun yerləşdiyi kənddə bəzi evlərin şüşələrinin sındığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]