Finlandiya Ukraynaya 190 milyon avroluq 22-ci hərbi yardım paketi göndərib
Bakı, 9 fevral, AZƏRTAC
Finlandiya Ukraynaya təqribən 190 milyon avro həcmində 22-ci hərbi yardım paketi ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin press-relizində deyilir. Hökumətin təklif etdiyi yardım paketi respublika prezidenti Sauli Niinistö tərəfindən imzalanıb.
“Uzunvədəli perspektivdə Ukraynaya dəstək üçün milli və daha geniş səviyyədə yeni yollar tapmaq lazımdır. Hazırda biz bu məqsədlə uzunmüddətli plan hazırlayırıq”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib.
Nazirliyin məlumatına görə, Finlandiya indiyədək Ukraynaya 1,8 milyard avro həcmində yardım edib.
Yardımın təhlükəsiz tədarükünü təmin etmək üçün hərbi paketin dəqiq məzmunu, çatdırılma üsulu və vaxtı açıqlanmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]