“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib
Bakı, 21 may, AZƏRTAC
“Fitch Ratings” Agentliyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Agentliyin qiymətləndirməsinə əsasən İKFZ-nin uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.
“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək İKFZ-nin reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.
“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]
“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb
- 12.10.2026 [11:40]
Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub
- 12.10.2026 [11:37]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb
- 12.10.2026 [11:10]
Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir
- 12.10.2026 [11:05]
Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik
- 12.10.2026 [11:00]
Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir
- 12.10.2026 [10:45]