Fizika İnstitutunda süni yağış texnologiyaları və aerokosmik məlumatların emalı müzakirə olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elm və Təhsil Nazirliyinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun əməkdaşları ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Görüş zamanı süni yağış və havadan suyun alınması üzrə qurğular haqqında, eləcə də aerokosmik məlumatlar və onların emalı məsələlərinin müzakirəsi olub.