Florensiyada “Airbnb” xidmətindən istifadə qadağan edilib
Roma, 4 oktyabr, AZƏRTAC
İtaliyanın Florensiya şəhərində turizm məqsədilə qısamüddətli mənzil kirayəsi xidmətləri göstərən “Airbnb” şirkətinin fəaliyyəti qadağan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Florensiya Şəhər Şurası qərar qəbul edib.
Florensiya meri Dario Nardella son 7 ildə şəhərdə “Airbnb” vasitəsilə kirayə verilən mənzillərin sayının iki dəfədən çox artdığını, nəticədə mənzillərin aylıq kirayəsi üzrə orta qiymətin 40 faizdən çox bahalaşdığını bildirib. Cari ildə isə qiymət artımı 15 faizi ötüb.
Şəhər Şurasının qəbul etdiyi bu qərar İtaliyada birmənalı qarşılanmayıb. Bundan başqa, hökumətin turistlərin daha çox səyahət etdiyi tarixi şəhər mərkəzlərində və bələdiyyələrdəki mülklərdə ən azı iki gecə qalmasını nəzərdə tutan qanun layihəsi üzərində işlədiyi bildirilib.
Qeyd edək ki, İtaliya intibahının vətəni sayılan Florensiya mədəniyyəti və arxitekturası ilə dünyada məşhur turizm şəhəridir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]