Folklorşünas alimin yeni kitabı
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının “Elm və təhsil” nəşriyyatında yeni çapdan çıxmış kitabı “Taleyimdən və ürəyimdən keçənlər” adlanır.
AZƏRTAC xəbər verir ki, kitaba alimin Orxan Paşa imzasıyla yazdığı bədii-publisistik əsərləri, fəlsəfi düşüncələri toplanıb.
İstedadlı qələm sahibi və görkəmli folklorşünas alimin bu kitabı onun oxucularla yeddinci görüşüdür.
“Taleyimdən və ürəyimdən keçənlər” kitabında alimin fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb.
Kitabın tərtibatçısı Leyla Aslanova, redaktoru Yeganə Məmmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]