FONDUN MADDİ BAZASI GENİŞLƏNİR
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a verilən məlumata görə, son vaxtlar Fondun maddi-texniki bazası xeyli zənginləşmiş, Naxçıvan şəhər, Babək, Kəngərli, Siyəzən və Abşeron rayon şöbələri üçün yeni inzibati binalar tikilmiş, müvafiq avadanlıqla tam təchiz olunaraq istismara verilmiş, Xaçmaz, Qusar, Yevlax, Biləsuvar, Beyləqan, Xanlar, Qəbələ, Göyçay, Qax şöbələrinin inzibati binaları isə yenidən qurulmuşdur.