Formula 1 cümə günü keçirilən yürüşlərdə şinlərlə bağlı eksperimentlərdən imtina edə bilər
Bakı, 4 yanvar, AZƏRTAC
Formula 1 yarışlarının rəhbəri Ross Braun komandalara yeni qayda təklif edib: yürüşlərin nəticələrini proqnozlaşdırmaq imkanını azaltmaq üçün cümə günü keçirilən yarışlarda komandalar müxtəlif şin dəstlərini testləşdirə bilməyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu məlumatı “Uilyams” komandasının texniki direktoru Paddi Lou elan edib.
“Autosport” Lounun bu sözlərini sitat gətirir: “Bolidlər çox etibarlıdır, şinlərlə iş və sazlama baxımından onlar tam optimallaşdırılıb. Bu, o deməkdir ki, nəticələri proqnozlaşdırmaq çox asandır. Əsas dəyişən kəmiyyət pilot və onun yol verə biləcəyi səhvlərdir. Lakin hazırda pilotlar yaxşı məşq keçiblər, buna görə də əvvəllər olduğu kimi yorulmur və çox səhv etmirlər.
Ross Braun bizə deyib ki, cümə günü keçirilən yarışlarda şinləri testləməyə ehtiyac yoxdur. Bizim yalnız əsas şinlərimiz olacaq. O, bolidlə rahat işləməyə və trası öyrənməyə imkan verəcək. Yarışda hər şey təsadüfdən asılı olacaq. Mənim fikrimcə, bu, çox yaxşı haldır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]