Formula 1 üzrə Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılıb
Bakı, 20 fevral, AZƏRTAC
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 20-dən etibarən Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024 üçün “early bird” erkən bilet satışına start verib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək.
Bu fürsətdən yararlanan azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim edilir. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanır.
Sentyabrın 13-15-də baş tutacaq Azərbaycan Qran- Prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.
Ötənilki azarkeş marağını və Azərbaycan Qran-Prisinə biletlərin vaxtından əvvəl tamamilə satılmasını nəzərə alaraq, sürət həvəskarlarını zaman itirmədən, öz biletlərini “Baku City Circuit” mobil tətbiqindən güzəştli qiymətlərlə əldə etməyə səsləyirik. Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarış nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trek ətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]