Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda kranın aşması barədə məlumat yayıb VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı doqquzmərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.
İlkin məlumata görə, kranın kabinəsində olan bir nəfər ölüb.