Fransa milli bayramını - Bastiliyanın alınması gününü qeyd edib
Paris, 14 iyul, AZƏRTAC
İyulun 14-ü Fransada mütləqiyyətin rəmzi olan Bastiliya qalasının alındığı gündür. Fransa milli bayramını - Bastiliyanın alınması gününü münasibətlə Parisdə hərbi nümayiş keçirilib.
AZƏRTAC xəbər verir ki, Yelisey Çölləri prospektində keçirilən nümayişi 25 min tamaşaçı canlı izləyib. Hərbi nümayişdə piyada qoşunlarının 4 min 300 hərbçisi, 73 təyyarə, 24 vertolyot, 221 ağır texnika, 200 atlı süvari iştirak edib. Hava şəraitinə görə bir çox böyük hərbi təyyarələrin nümayişi baş tutmayıb.
Xatırladaq ki, ötən il COVID-19 epidemiyasına görə Fransada bu bayram təxirə salınmışdı.
Şəhla Ağalarova
AZƏRTAC-ən xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]