Fransa ordusunun Yaxın Şərqdəki əməliyyatlarının xərci açıqlanıb
Paris, 8 aprel, AZƏRTAC
Fransa ordusu Yaxın Şərqdə öz maraqlarını, eləcə də müttəfiq ölkələrin maraqlarını qorumaq üçün müdafiə qüvvələri yerləşdirib və bu qüvvələrin bölgədə saxlanması ölkəyə müəyyən xərclər hesabına başa gəlir. Bununla belə, Yaxın Şərqdəki müharibədə Amerikanın xərcləri ilə müqayisədə Fransanın xərcləri kifayət qədər aşağı səviyyədədir.
AZƏRTAC xəbər verir ki, BFMTV televiziya kanalının hesablamalarına görə, Fransanın Yaxın Şərqdəki müharibə əməliyyatları ilə bağlı aylıq xərcləri təxminən 135 milyon avro təşkil edir.
Hesablamalar Senat və Hesablama Palatasının verdiyi rəqəmlərə əsaslanır. Təkcə hərbi qulluqçulara verilən aylıq maaşın həcmi 11 milyon avrodur. 6 “Rafale” təyyarəsinin üçsaatlıq uçuşu isə 30 milyon avroya başa gəlir.
ABŞ-nin gündəlik müharibə xərcləri isə təxminən 800 milyon avro təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]