Fransa prezidenti koronavirusa yoluxub
Bakı, 17 dekabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makrona COVID-19 diaqnozu qoyulub.
AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Makronun koronavirus testinin müsbət nəticələndiyi bildirilir. Məlumata görə, ölkə başçısı yeddi günlük karantinə yollanıb və öz vəzifələrini məsafədən icra edəcək.
Fransa COVID-19 virusunun ən çox yayıldığı Avropa ölkələrindən biridir. Pandemiyanın onlayn statistikasını aparan Worldometer saytının dekabrın 17-nə olan son məlumatına görə, ölkədə 2 milyon 409 mindən çox yoluxma qeydə alınıb, 60 minə yaxın insan koronavirusun qurbanı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]