Fransa Senatı keçmiş baş nazirlər və prezidentlər üçün imtiyazların ləğvinin lehinə səs verib
Bakı, 23 yanvar, AZƏRTAC
Fransa Senatı keçmiş baş nazirlərə və prezidentlərə verilən imtiyazların ləğvini nəzərdə tutan 2025-ci il büdcəsinə düzəliş etməyin lehinə səs verib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Milli Assambleyanın birgə komissiyası tərəfindən təsdiqlənəcək təşəbbüs büdcəyə ildə 2,8 milyon avro qənaət etməlidir.
Fransanın baş nazirlərinə təqaüdə çıxdıqdan sonra xidməti avtomobil, şəxsi sürücü və şəxsi katibə malik olmaq hüququ verilirdi. Lakin bu imtiyazlar 2019-cu ildən yaşa görə məhdudlaşdırılıb: onlar yalnız keçmiş məmur 67 yaşına çatana qədər etibarlıdır. Keçən ilin noyabrında, hələ vəzifədə olarkən keçmiş baş nazir Mişel Barnye sələflərini ictimai resurslardan istifadə etməkdə “səy göstərməyə” və “daha təvazökar olmağa” çağırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]