Fransada bələdiyyə seçkiləri keçirilir
Paris, 15 mart, AZƏRTAC
Dünyada COVID-19 pandemiyasının geniş vüsət almasına, Fransanın epidemiyanın 3-cü mərhələsində olmasına və burada karantin elan edilməsinə baxmayaraq, martın 15-də yerli vaxtla səhər saat 08:00-da ölkədə bələdiyyə seçkilərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Fransada bələdiyyə seçkilərinin birinci turunda 20 min 765 siyahı üzrə 902 465 namizəd qeydə alınıb. Namizəd qeydə alınmayan 106 kommunada seçkilər keçirilməyəcək.
Seçki məntəqələrində COVID-19 pandemiyasına qarşı bütün tədbirlər görülüb.
Xatırladaq ki, Fransanın Baş Naziri Eduard Filip COVID-19 pandemiyası ilə əlaqədar martın 15-i yerli vaxtla saat 00:00-dan etibarən bütün ölkə ərazisində karantin elan edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris