Fransada dinlərarası dialoqla bağlı beynəlxalq konfranslar keçiriləcək
Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil edəcəyi bu konfranslarda müxtəlif ölkələrdən din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, beynəlxalq QHT-lərin rəhbərləri, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçiləri iştirak edəcəklər.
Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov konfranslara qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]