Fransada etiraz nümayişləri davam edir
Paris, 13 dekabr, AZƏRTAC
Fransada “qlobal təhlükəsizlik” qanun layihəsinin əleyhinə nümayişlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransanın Paris, Lyon, Bezanson, Oser (Auxerre), Nis, Dijon, Nansi, Lill, Tuluz və Strasburq şəhərlərində etiraz nümayişləri zamanı 140-dan çox nümayişçi saxlanılıb. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris