Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada etirazlar: hökumətin idarəetmədə “tənəzzülü” ölkəni dərin siyasi böhrana yuvarlayıb

Fransada etirazlar: hökumətin idarəetmədə “tənəzzülü” ölkəni dərin siyasi böhrana yuvarlayıb

Paris, 2 iyul, AZƏRTAC

Əlcəzair əsilli Nahelin polis tərəfindən qətlə yetirilməsindən sonra ölkəni bürüyən zorakılıq aktları və bunun qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməməsi Fransadakı dövlət böhranından xəbər verir. Polisin təhrif etdiyi hadisənin əsil üzü açıldıqdan sonra qəzəbli vətəndaşları sakitləşdirmək hələ ki mümkün deyil. Hadisənin ilk iki günündə Prezident Emmanuel Makron hökumət üzvləri ilə iki dəfə böhran iclası keçirsə də onların heç bir nəticəsi olmayıb. Çünki son illərdə ölkə rəhbərliyi vətəndaşların etirazlarına lazımi cavab verməyib, zorakılıqlara əl ataraq sadə xalqın “səsini boğub” onu sakitləşdirməyə çalışıb. Bir sözlə, etirazların bu həddə çatmasında məhz indiki hökumət özü günahkardır. Daxili idarəetmədə səriştəsizlik xarici siyasətdə onun-bunun işlərinə müdaxilə cəhdləri ilə ört-basdır edilib. Ancaq səriştəsiz idarəetmə ölkəni sanki qaynayan qazana çevirib. İnsanların qəzəbi o həddə çatıb ki, hətta komendant saatı tətbiq edilməsinə baxmayaraq, xüsusilə də gənclər küçələrə axışaraq, onlara qarşı olan ayrı-seçkiliyə və laqeydliyə son qoymağa çağırışlar edirlər. Gənclər illərdir səslərinin eşidilməməsinə etirazlarını bildirirlər. Gənc Nahelin ölümü isə dolmuş “qəzəb qazanı”nın daşması üçün qığılcım oldu. Əslində, bu gün ölkəni bürüyən etirazlar son illər yığılıb qalmış problemlərin nəticəsidir.

Fransanın 18 şəhərini bürüyən etirazlar siyasi elitanın vətəndaşların taleyinə etinasız yanaşmasının bariz nümunəsidir. Bu, eyni zamanda, Fransada irqçiliyin, xüsusilə də müsəlmanlara qarşı nifrətin pik nöqtəyə çatdığını göstərir.

Adlarının açıqlanmasını istəməyən gənclər polisin zorakılığına artıq dözmədiklərini bildirirlər. Gündəlik həyatda dəfələrlə polisin şəxsiyyət yoxlamasına məruz qaldıqlarını və bundan təngə gəldiklərini deyirlər. Qeyd edilir ki, polis hətta onlara öz məhəllələrindən çıxmağa da imkan vermir. Həmçinin gənclər yaşadıqları kvartallardakı həyat səviyyəsinin son dərəcə aşağı olmasından bezdiklərini vurğulayırlar. Polis mənşəcə Şərqi Avropa ölkələrindən olan gənclərə də “ərəb” deyərək, bir növ müsəlmanlara qarşı olan ayrı-seçkiliyi aydın şəkildə göstərir.

Bəzi assosiasiyalar belə məhəllələrdə məktəblərin, səhiyyə xidmətlərinin sıfır dərəcəsində olduğunu bildirirlər. Qeyd edirlər ki, bu barədə dəfələrlə məlumat vermələrinə baxmayaraq, hökumət tərəfindən heç bir tədbir görülmür. Bu gün onlar dövlətin sakinlərin problemlərinə vaxtında reaksiya verməməsinə, biganə qalmasına etiraz edirlər.

Bugünkü vəziyyət bir daha Fransada dövlətin öz səlahiyyətlərini yerinə yetirmədiyini, idarəetmənin çökdüyünü nümayiş etdirir. Son illər Fransada irqi ayrı-seçkiliklə vəziyyətin son dərəcə acınacaqlı olduğu da göz önündədir.

Emmanuel Makronun hakimiyyətə gəlməsi ilə Fransanın demokratiyanın beşiyi olmasına son qoyulub. Hətta bir çox siyasətçilər belə ölkədəki indiki vəziyyəti avtoritarizm adlandırırlar.

Peşəsi prezidentlikdən çox dərs vermək olan E. Makronun söylədikləri bu gün sərt şəkildə sifətinə çırpılmaqdadır. “Cənab Makron dərs verir... Ancaq dərs verənləri nə gözləyir bilirsinizmi? Ümumiyyətlə, verdikləri dərs elə qayıdıb onların sifətini çırpılır”. Vaxtilə bu sözləri sabiq Prezident Nikola Sarkozi öz sələfi haqqında deyib. “Fransua Ollandın təyin etdiyi və ona çörək verən əli dişləyən bir adam üçün bu, yeni davranış deyil”, - deyən Sarkozi, həmçinin bir növ çörəyi dizinin üstündə olan E. Makronu təhqir edərək “onun hər kəsə əxlaq dərsi verdiyini, ancaq özünə tətbiq etmədiyini” bildirmişdi.

Alən Jüpe isə “Journal du Dimanche” qəzetinə müsahibəsində E. Makronun səriştəsiz və loyallıqdan uzaq olduğunu deyərək, onu hökumət seçimində uzaqlaşdırdığını bildirib.

Elə fransız siyasətçilərinin öz prezidentləri haqqında dedikləri E. Makronun nə dərəcədə səriştəsiz olmasından xəbər verir. Səriştəsi olmayan bu “prezident”in bu gün ölkəsini saldığı vəziyyət deyilənləri təsdiqləyir.

Seçilməsindən sui-istifadə etdiyinə, legitimliyini seçkilərlə əsaslandıran və avtokrat davranışı ilə tənqid olunan E. Makronun seçildiyi vəziyyət də diqqəti cəlb edir. “TF1” kanalının səsvermənin elektron formatda təşkil olunduğu 66 kommunada seçkilərin nəticələri ilə bağlı hazırladığı veriliş, eləcə də seçki zamanı Daxili İşlər Nazirliyində kompüterlərin sönməsi ilə bağlı dolaşan söz-söhbət 2022-ci il prezident seçkilərinin ədalətli keçirilməsi və legitimliyi ilə bağlı çoxsaylı suallar doğurur.

Dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə bu gün insanların təhlükəsiz yaşamaq, şəxsi mülkiyyət kimi fundamental hüquqları belə təmin edilmir. Polis, eləcə də Makron hökuməti etirazçılar və etirazlarla paralel olaraq baş verən soyğunçuluq halları qarşısında aciz qalıblar, çünki real vəziyyəti idarə etməyə qadir deyillər. Daxili vəziyyətini idarə edə bilməyən E. Makron məhz buna görə də erməni lobbisinin marionetinə çevrilib. Azərbaycanın regionda yaratdığı reallığı dərk etməkdə aciz olan indiki Fransa Prezidentinin əlindən bir iş gəlməsə də, erməni lobbisinin marionetkasında çevrilərək, ona vədlər verməkdə davam edir. İki mandat çərçivəsində xalqına bir-birinə zidd iki vəd verən və onu yerinə yetirməyən, yaxud yerinə yetirməyi bacarmayan E. Makronun erməni lobbisinə verdiyi şirin vədlərə əməl edəcəyi də inandırıcı görünmür. Ölkəsində vətəndaşların fundamental hüquqlarını təmin etməyə qadir olmayan bir prezidentin isə, ümumiyyətlə, insan hüquqlarından danışmağa haqqı yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO