Fransada koronavirusa 17 615 yeni yoluxma qeydə alınıb
Paris, 17 dekabr, AZƏRTAC
Fransada COVID-19 infeksiyasına son sutkada 17 615 yeni yoluxma və xəstəxanalarda 292 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, ölkədə epidemiya başlayandan virusa yoluxanların ümumi sayı 2 409 062-yə, virusdan ölənlərin sayı isə 59 361-ə çatıb. Xəstəxanalarda koronavirus xəstələrinin sayı 25 282, reanimasiya şöbələrində ağır vəziyyətdə olanların sayı isə 2 840-dır.
Diqqətə çatdırılır ki, əvvəlki günlərlə müqayisədə koronavirusa yoluxanların və ondan ölənlərin sayında artım qeydə alınıb. Bu isə virusun hələ də sürətlə yayılmasından xəbər verir. Mütəxəssislər yanvardan etibarən epidemiyanın 3-cü dalğasının başlayacağını bildirirlər.
Pandemiya ilə bağlı yaradılmış elmi şuranın prezidenti Fransua Delfresi epidemiyanın hələ nəzarət altında olmadığını bəyan edərək, əhalini qarşıdan gələn 6 ayda ehtiyatlı olmağa çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]