Fransada son sutkada koronavirusdan 380 ölüm faktı qeydə alınıb
Paris, 5 yanvar, AZƏRTAC
Fransada son 24 saatda COVID-19-dan 380 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayı artaraq 24 962-yə çatıb. Son sutkada 246 yeni ağır xəstə qəbul edilərək, reanimasiya şöbələrində intensiv müalicə alan xəstələrin ümumi sayı 2 657-yə çatıb.
Son sutkada 380 can alan virusun ümumi qurbanlarının sayı 65 415 olub. Fransada koronavirusa yoluxanların ümumi sayı 2 659 750, sağalanların sayı isə 196 mindən çoxdur. Ölkənin 100 departamentində vəziyyətin ağır olduğu bildirilir. Milli səviyyədə 2 194 qrup yoluxması araşdırılır.
Ölkədə koronavirus əleyhinə vaksinasiyanın ləng aparılması ilə bağlı tənqidi fikirlər söylənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris