Fransada zorakılıq iddiası ilə bağlı məlumatın yayılmasının qarşısının alınmasına cəhd göstərilib
Paris, 20 iyul, AZƏRTAC
Sərhədsiz Reportyorlar Təşkilatı və regional “L’Essor Savoyard” həftəlik nəşri Fransanın Annesi şəhər meriyasının üzvlərini bələdiyyə sədrinin birinci müavini ilə bağlı zorakılıq iddiası barədə məlumatın yayılmasının qarşısını almağa çalışmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, təşkilatın və jurnalın apardığı araşdırmaya görə, iyun ayında şəhər meriyasına bağlı şəxslər yerli nəşrin yüzlərlə nüsxəsini kütləvi şəkildə alaraq ictimai əhəmiyyət daşıyan bir xəbəri ört-basdır etməyə cəhd göstəriblər. Təşkilat bu addımı kobud və uğursuz senzura əməliyyatı kimi qiymətləndirib. Annesi meriyası isə ittihamları rədd edib.
Bildirildiyinə görə, iyunun 4-də “L’Essor Savoyard”ın yeni buraxılışının üz qabığında Annesi merinin birinci müavini Antoni Qranjeni təcavüzdə ittiham edən bir şəxsin ifadəsi dərc olunub. Adətən, 2 min nüsxə satılan “L’Essor Savoyard” həmin buraxılışda satış rekorduna imza atıb, satış 50 faiz artıb.
Təşkilat bildirib ki, şahid ifadələri və görüntülərin təhlili nəticəsində alıcıların arasında Annesi meriyası ilə əlaqəli bir neçə nəfəri müəyyən edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]