Fransanın Baş naziri parlamenti 2027-ci il büdcəsini payızda qəbul etməyə çağırıb
Paris, 3 iyul, AZƏRTAC
Fransanın Baş naziri Sebastyən Lökornü deputat və senatorları ölkənin 2027-ci il dövlət büdcəsini payız aylarında qəbul etməyə çağıraraq bunun milli maraqlar baxımından həyati əhəmiyyət daşıdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu çağırışı Eks-en-Provans şəhərində keçirilən İqtisadi Forumda edib. O bildirib ki, kompromis əsasında qəbul edilən büdcə, ümumiyyətlə büdcənin olmamasından daha yaxşıdır. Onun sözlərinə görə, 2027-ci ildə keçiriləcək prezident seçkilərindən sonra yeni dövlət başçısı istəsə, büdcəyə dəyişiklik edə bilər.
Lökornü xəbərdarlıq edib ki, büdcənin qəbulunun seçkilərdən sonraya saxlanılması çox ciddi səhv olar. Bu halda maliyyə qanunu yalnız 2027-ci ilin sonlarında qüvvəyə minəcək və ölkə artıq 2028-ci ilin büdcəsini müzakirə etməyə başlayacaq. Baş nazir bunu gələcək prezidentin ilk fəaliyyət ilini faktiki olaraq itirmək kimi qiymətləndirib.
Hökumət başçısı bildirib ki, parlament üzvləri siyasi fikir ayrılıqlarından asılı olmayaraq, ümumi dövlət maraqlarını üstün tutmalıdırlar. O vurğulayıb ki, büdcənin qəbul edilməməsi gələn il büdcə kəsirinin ÜDM-in 6-7 faizinə yüksəlməsi riskini yarada bilər. Hökumət isə 2026-cı il üçün bu göstəricini 5 faiz səviyyəsində saxlamağı hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]