Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın Cənubi Qafqaz və Qarabağla bağlı niyyəti nədir? RƏY

Fransanın Cənubi Qafqaz və Qarabağla bağlı niyyəti nədir? RƏY

Bakı, 30 dekabr, AZƏRTAC

1997-ci ildə Fransanın eks-prezidenti Jak Şirakın Ümummilli Lider Heydər Əliyevə xahişi ilə bu ölkənin ATƏT-in Minsk qrupunda üç həmsədrdən biri olmasından indiyədək rəsmi Parisin əsas məqsələrindən biri Qarabağ münaqişəsinin ədalətli şəkildə nizamlanmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi və Qarabağın ya Ermənistana birləşdirilməsi, həmçinin Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması olub. Məhz buna görədir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə 28 il davam etdi. 2020-ci ildə sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatları və yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Azərbaycan həmin təxribatlara cavab verməli oldu ki, bu da İkinci Qarabağ savaşının başlaması ilə nəticələndi. Əlbəttə, əvvəllər olduğu kimi, müharibə dövründə də Fransanın Ermənistana və ermənilərə dəstəyi dayanmadı. Hətta müharibənin davam etdiyi zaman - 2020-ci il oktyabrın 3-də Fransa parlamenti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yerləşən qondarma rejimi “Dağlıq Qarabağ respublikası” adı ilə tanıdığını bəyan etdi. Əlbəttə, Fransa tərəfindən atılan addımın heç bir hüquqi əsası yox idi. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Ermənistanın özü belə həmin qondarma rejimi tanımayıb. Bu isə ondan xəbər verir ki, Fransa həm erməni lobbisinin girovuna çevrilib, həm də regionda öz maraqlarına xidmət edən siyasəti güdür. Ötən ilin dekabrında Fransada prezidentliyə namizəd Valeri Pekresin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsi rəsmi Parisin niyyətini bir daha ortaya qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov söyləyib.

“Fransanın Azərbaycana qarşı düşmən mövqeyi bir daha göstərdi ki, Qarabağ münaqişəsinin uzun illər həll edilməməsinin səbəbkarlarından biri də məhz odur. Oktyabr ayında Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdən iki gün sonra Fransa televiziyasına açıqlama verən Makronun açıqlamaları bu ölkəni Azərbaycanın tələbi ilə münaqişədə vasitəçilik missiyasından kənarda qoydu. Şübhəsiz ki, Fransanın Azərbaycana qarşı atdığı addımlar bununla da yekunlaşmadı. Noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı qətnamə qəbul edildi, bu, rəsmi Parisin artıq açıq oyun oynadığına işarə idi. Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin nizamlanmasına dəstək vermək əvəzinə, Fransanın Cənubi Qafqazda özünün maraqlarını təmin etmək üçün məsələnin daha da uzanmasına tərəfdar olduğunu görən ölkəmiz isə onun vasitəçiliyindən haqlı olaraq imtina etdi. Məhz bu səbəbdəndir ki, Fransa tərəfi bütün variantlardan istifadə edərək münaqişənin həllində yenidən vasitəçi olmağa can atır.

Buna görədir ki, ermənipərəst mövqeyi ilə tanınan Fransa Prezidenti Emmanuel Makron beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq beynəlxalq humanitar təşkilatların Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi üçün heç bir əsasa uymayan çağırışlar edir. Bu çağırışların indiyədək olmadığı kimi, bundan sonra da hansısa nəticə verəcəyinə nə Fransanın, nə də ermənilərin inamı qalmayıb. Fransa tərəfinin Ermənistan üzərindən Cənubi Qafqazla bağlı oynadığı oyunlar və atdığı addımlar onu göstərir ki, onun əsas məqsədi müxtəlif variantlardan istifadə etməklə regiona daxil olmaq və orada möhkəmlənmək niyyətindədir. Görünür, Fransa hələ də anlamaqda çətinlik çəkir ki, Qarabağ beynəlxalq hüquq tərəfindən Azərbaycanın suveren ərazisi olaraq tanınır və qəbul edilir. Atdığı addımlar göstərir ki, Fransa beynəlxalq hüquqdan ya xəbərsizdir, yaxud da bilərəkdən onu pozur. BMT Nizamnaməsində qeyd edilib ki, hər hansı ölkənin ərazisinə humanitar missiya göndərmək lazımdırsa, bu proses yalnız həmin ölkənin razılığı əsasında baş tuta bilər. Buna görə də bu məsələdə Azərbaycanın razılığı mütləqdir və rəsmi Bakının belə missiyaya icazə vermək niyyəti yoxdur. Rəsmi Bakı hər zaman açıq şəkildə bildirib ki, əgər Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hər hansı humanitar çətinlikləri olarsa, dövlətimiz onların problemlərini həll etmək üçün kifayət qədər imkana malikdir və həmin ərazinin təbii qazla pulsuz təminatı bunu sübut edir”, - deyə S.Hümbətov diqqətə çatdırıb.

Samir Hümbətov vurğulayıb ki, həm ermənilərin, həm də Fransanın Azərbaycanın Qarabağ bölgəsində guya 120 mindən çox erməninin yaşaması ilə bağlı reallıqdankənar iddialarının heç bir hüquqi əsası yoxdur. Çünki Azərbaycanın Xankəndi şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi var və onunla mütəmadi əməkdaşlıq davam etdirilir. Azərbaycan tərəfi hər zaman bildirib ki, orada yaşayan ermənilər üçün hər hansı çətinlik yaranarsa, o, ya Azərbaycana birbaşa müraciət, ya da Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Onu da bildirməliyik ki, separatçı rejim tərəfindən Azərbaycan təbii sərvətlərinin qanunsuz istismarı ilə əlaqədar Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəallar tərəfindən keçirilən etiraz mitinqlərinə baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri və onların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin ərazidən keçməsinə heç bir maneə yaradılmır.

Bütün bunlar göstərir ki, Azərbaycanın niyyəti təmiz, mövqeyi birmənalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək