FRANSANIN MÜDAFİƏ NAZİRİ VAŞİNQTONU XUDBİNLİKDƏ TƏQSİRLƏNDİRMİŞDİR
Alyo-Mari bildirmişdir ki, ABŞ-ın Şimali Atlantika Alyansı üzrə digər tərəfdaşlarla eyni hüquqa malik olmasına tərəfdardır. Onun fikrincə, ABŞ ilə Avropa ölkələri arasında yeni strateji tərəfdaşlıq münasibətləri qurmaq lazımdır. Bu, Avropanın yaxın illərdə ekoloji, su və mühacirlik kimi yeni böhranlarla qarşılaşacağına görə daha vacibdir.
Bununla belə, terrorizmlə mübarizə Avropanın və beynəlxalq aləmin fəaliyyətinin öncül istiqaməti olaraq qalacaqdır. O demişdir: “Biz Qərb ölkələrinə aidiyyəti olmayan tərəfdaşlarımızı bu şərə qarşı mübarizədə sıx əməkdaşlığın vacibliyinə inandırmalıyıq. Avropa ölkələri regional böhranların nizama salınmasında fəal iştirak etməlidirlər, çünki bu böhranlar bizim təhlükəsizliyimizə birbaşa təsir göstərməyə başlamışdır”.